EN

Rusiyada azərbaycanlı kişi rus arvadını 19 bıçaq zərbəsi ilə öldürdü


Rusiyanın Leninqrad vilayətində azərbaycanlı kişi həyat yoldaşını qətlə yetirib.

Hadisə Kirov rayonunda baş verib.

41 yaşlı Azərbaycan vətəndaşı həyat yoldaşını qısqanıb və cütlük arasında münaqişə yaranıb. Nəticədə kişi arvadına 19 bıçaq zərbəsi vurub. Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.

İş üzrə kifayət qədər sübutlar toplandığından cinayət işi məhkəməyə göndərilib. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsinə əsasən, şəxsin ittiham olunduğu maksimum cəza 15 ilədək həbs cəzasını nəzərdə tutur./Lent.az


Chosen
40
5
nuh.az

10Sources