EN

Günün qoroskopu: mənfi təmayüllərin təsiri güclənəcək

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - peşəkar fəaliyyət müstəvisində ehtiyatlı olun. Həllini gözləyən problemlər asan deyil. Diqqətsizlik ciddi səhvlərə səbəb ola bilər. Rəqiblərlə bədxahlar yanlışlıqlarınızdan yararlanacaqlar. Buna rəvac verməyin. Yardım, dəstək gözləməyin. Müstəqil çalışın, kimsədən kömək gözləməyin.

Günün ikinci yarısında mühüm məsləhətləri qulaqardına vurmayın. Yaşlı qohumların sizə ünvanladıqları tənqidlər sərt olacaq. Onlar aqressiv davrana da bilərlər. Sərtliyə sərtliklə cavab verməyin. Təmkinli, soyuqqanlı olun. Səyləriniz hədər getməsin.

Yalnız həddən artıq böyük ehtiyac olarsa, səfərə yollanın. Ehtiyatlı olun.

Axşam saatlarında diqqətli davranın.

Buğa - günün ilk yarısında işdə uğurlar olacaq. Bu nailiyyətləri görməmək mümkün deyil. Lakin həqiqət budur ki, uğurlarınız barədə dostlarla bahəm, bədxahlar və düşmənlər də xəbər tutacaqlar. Paxıllıq hissi onları sizə qarşı məkrli planlar qurmağa, fitnəkarlıq etməyə vadar edə bilər.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Bədxahlarla rəqiblər sizə heç nə edə bilməyəcəklər. Yaxınlarınızla münasibətlərin harmonik olmasına çalışın. Romantika, macəra arayırsınızsa, potensial riskləri təxminləməyə çalışın.

Yaradıcılıq potensialınızın səviyyəsi yüksək olacaq. Problemlərin yaranmasına səbəb olmayın.

Əkizlər - günün ilk yarısında peşəkar fəaliyyət müstəvisində müsbət dəyişikliklər istisna deyil. Gün məhsuldar olacaq. Qüvvə və enerjinizi mənasız işlərə sərf etməyin. İşlə bağlı görüş keçirə bilərsiniz. Birgə çalışdığınız insanın niyyətlərini və planlarını anlamağa çalışın.

Günün ikinci yarısında işgüzar səfərə yollanmaq olar. Uzaqdakı insanlarla təmaslar faydalı ola bilər. Romantik hisslərə aldanmayın. Yaşam potensialınızın səviyyəsi yüksək olacaq. Həddən artıq çalışmaq səhhətiniz üçün faydalı deyil.

Özünüzü qoruyun.

Xərçəng - məsuliyyətdən qurtulmağa çalışmayın. İşləri başqalarına həvalə etməyin. Belədə proses daha da ağırlaşa bilər. Bu yaxınlarda sizə nələrsə vəd edən, sadiq dostlar olduqlarını söyləyən insanlar, deyəsən, mövqelərini və fikirlərini dəyişiblər. Həmin adamlar indi dostlardan daha çox bədxahlara bənzəyirlər.

Günün ikinci yarısında rəqiblər sizə qarşı yeni planları reallaşdırmağa çalışacaqlar. Əsəblər gəriləcək. Ən kiçik məsələ, xırda problem səbr kasanızı daşdıra bilər. Sevdiyiniz insanla ciddi fikir ayrılığının yaranması istisna deyil.

Axşam saatlarında normal istirahət edin.
 

Şir - günün ilk yarısı hadisələrlə zəngin olacaq. Narahatlıq və ya nigaranlıq istisna deyil. Problemlərin həllinə yaradıcı yanaşın, orijinal variantları seçin. Emosional durumunuzun pozulmasına imkan verməyin.

Peşəkar fəaliyyətinizdə qarışıqlıq və anlaşılmazlıqları aradan qaldırın. Tərəfdaşlarla, şəriklərlə təmaslarda qayğıkeş, səmimi olmağa çalışın. İşdə rəhbərlikdən uzaq durun. Nigaranlıqdan qurtulmaq üçün bu yetər.

Günün ikinci yarısında yaşlı qohumlar xoşagəlməz "sürpriz"lərə səbəb ola bilərlər. Yaşananlara həddən artıq kəskin reaksiya verməyin. Münaqişə və ya anlaşılmazlıqlar çətinlikləri daha da artıracaq. Axşam saatları romantik münasibətlər baxımından pis deyil. Sevdiyiniz insanla ünsiyyət qarşılıqlı anlaşmanı gücləndirə bilər.

Qız - günün ilk yarısı pozitiv başlayacaq. Peşəkar fəaliyyət müstəvisində ciddi uğurlara nail ola bilərsiniz. Saatlar keçdikcə situasiya ağırlaşacaq. Nüfuzlu insanlarla ciddi fikir ayrılıqları və ixtilaflar yaranacaq. Dediyiniz sözlərə fikir verin. Önəmli şəxslərlə bağlı açıqlamalarınızda sayıq olun.

Günün ikinci yarısında diplomatik istedadınızı işə salın. Hiyləgər və fəndgir olun. İşlərin çox olması sizi qorxutmasın. Problemlərin öhdəsindən gələcəksiniz. Çoxdan bəri sizi narahat edən məsələnin çözümünə başlayın.

Yaranan imkanlardan faydalanın.

Tərəzi - aldığınız məlumatlara və eşitdiyiniz xəbərlərə dərhal inanmayın. Bu informasiyaları yoxlamağa tənbəllik etməyin. Belədə səhvlərdən qurtula bilərsiniz. Bütün diqqəti işə yönəldin. Peşəkar fəaliyyət müstəvisindəki problemləri qulaqardına vuraraq vaxtınızı şəxsi işlərə həsr etməyin.

Günün ikinci yarısında ailədə problemlər yarada bilər. Sevdiyiniz insanla münasibətləri sərinləşdirməyin. Başqasının zəifliklərinə və nöqsanlarına dözüm qarşılıqlı anlaşmanı sürətləndirəcək. Uzunmüddətli planlar qurmağa dəyməz. Onları dəyişmək zərurətində qala bilərsiniz.

Vədlər verməyin.

Əqrəb - romantik olmayın, illüziyalara qapılmayın. Saatlar keçdikcə maraqlı işlər artacaq, macəra riski güclənəcək. Məntiqli və soyuqqanlı davransanız, işlərinizdə uğurlara nail olacaqsınız. Şəxsi həyatınızla bağlı mühüm, vacib qərar qəbul etməzdən əvvəl yaxşıca düşünüb-daşının.

Günün ikinci yarısında imkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Tərəfdaş və müttəfiqlərinizə ağır iradlar ünvanlamayın. Yaxınlarınızla münasibətlərdə harmoniyanı qoruyun. İnam, etimad və qayğıkeşlik emosional durumunuza təsir edəcək.

Axşam saatlarını əzizlərinizə həsr edin.

Oxatan - günün ilk yarısında önəmli qərar qəbul etmək olar. Məsləhət verənlər çox olacaq. Kimə qulaq asacağınıza qərar verin. İntuisiyanız dumanlı nişanələri izhar edir. Çaş-baş qalmayın, çaşqın davranmayın. Qətiyyətli, aktiv olun. Yeni layihədə və ya işdə potensial itkiləri minimuma endirən variantı seçin.

Günün ikinci yarısında itkilər istisna deyil. Ötənlərdə müəmmalı şəkildə "yoxa çıxan" əşya tapılacaq. Oxşar təmayül şəxsi münasibətlərdə də müşahidə ediləcək. Sizi tərk etmək qərarına gələn insan az sonra yanlış addım atdığını anlayacaq, səhv edəcək.

Oğlaq - qarşınıza qoyduğunuz məqsədə doğru inamla irəliləyin. Şirin vədlərə aldanmayın, təxribat qurbanı olmayın. Ciddi olun. Səylərinizi müəyyənləşdirin. Diqqətli və sərvaxt davransanız, rəqibləri üstələmək, bədxahları geridə qoymaq şansları artacaq. Şübhəli təsir bağışlayan insanlarla əlaqələri minimuma endirin. Etibarlı, sizə loyallığını dəfələrlə sübut etmiş şəxslərlə isə əksinə, ünsiyyəti aktivləşdirin.

Günün ikinci yarısında şəxsi münasibətlərdə irəliləyiş olacaq. Hazırladığınız planları reallaşdırmağa tələsin. Yaxın ətrafınızdakı insanlarda fikir ayrılıqları və mübahisələrə son qoyun. Dəyər verdiyiniz insanda özünüzə olan rəğbəti artırın.

Dolça - mənfi təmayüllərin təsiri güclənəcək. Diqqətli olun, sayıq davranın. İşdə həmkarlarınızla münasibətlərdə problemlər yarana bilər. Rəhbərlik sizi sərt tənqid edəcək. Bu və ya digər addımı atanda, qərar qəbul edəndə hansı motivlərə əsaslandığınızı açıqlayın. Əks təqdirdə yaxın ətrafınızdakı insanlar inciyəcəklər.

Günün ikinci yarısında uğura inamınızı itirməyin. Şərtlər əlverişsiz, situasiya ağır olarsa, bədbinliyə qapılmayın, ruhdan düşməyin. Alış-verişdə bədxərclik etməyin. Spontan şəkildə nə isə almayın.

Balıqlar - yaradıcılıq potensialınız yüksəkdir. Bu yaşamınızın ən müxtəlif sahələrinə müsbət təsir edəcək. Peşəkar fəaliyyət sahəsində irəliləyişlər, sevdiyiniz insanla münasibətlərdə pozitiv dəyişikliklər ola bilər. Səy və vaxtınıza simiclik etməsəniz, yaxşı nəticələrə nail ola bilərsiniz.

Günün ikinci yarısında bacarıq və istedadlarınızı nümayiş etdirin. Təcrübənizdən yararlanmaq üçün ələ düşən imkanlardan istifadə edin. Yeni layihə və ya işi müzakirə edə bilərsiniz. Çoxdan bəri sizi narahat edən problemin qəfil, qeyri-adi həllini aşkarlamaq olar.
 

Milli.Az

Chosen
170
16
milli.az

10Sources