EN

Azərbaycan hərbçisi odlu silahdan açılmış atəş nəticəsində ölüb

Müdafiə Nazirliyinin hərbi qulluqçusu, əsgər Musa Bayramov odlu silahdan açılmış atəş nəticəsində ölüb.

Hərbi Prokurorluğun məlumatına görə, faktla bağlı Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Chosen
96
49
turan.az

10Sources