EN

Sevinc Atayevaya hökm oxundu

Xəzər rayonunun Şağan kənd bələdiyyəsinin sədri Sevinc Atayeva və bir qrup keçmiş əməkdaşı - Əli Cahangirov, Ruslan Məmmədov, Elçin Xalıqov və Elşən Xanlarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Sevinc Atayeva 1 il müddətinə dövlət orqanlarında vəzifə tutmaq səlahiyyətindən məhrum edilməklə 2 min manat cərimə edilib.

Digər təqsirləndirilən şəxslərin hər biri barəsində şərti cəza verilib.

Xatırladaq ki cinayət işində zərərçəkmiş qismində Xəzər rayon Şağan bələdiyyəsi və Aydın Əliyev tanınıb.

İttihama görə, 2023-cü ilin iyul ayında Xəzər rayonu, Şağan Bələdiyyəsinin sədr vəzifəsini icra edən Sevinc Atayeva və bir qrup keçmiş əməkdaşı barəsində cinayət işi başlanıb.

Təqsirləndirilən şəxslər sənəd saxtalaşdırmaqda və külli miqdarda dələduzluqda təqsirləndiriliblər.

Sevinc Atayeva Cinayət Məcəlləsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı), Əli Cahangirov, Ruslan Məmmədov, Elçin Xalıqov və Elşən Xanlarov 178.3.2-ci (külli mqidarda dələduzluq törətmək) və digər maddələri ilə ittiham olunublar.

Sevinc Atayeva həm də Şağan qəsəbəsindəki orta məktəblərdən birində direktor müavini vəzifəsində çalışıb.



Chosen
48
25
news24.az

10Sources