EN

Bələdiyyə sədrinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda törədildikdə) və 320.2 (rəsmi sənədləri saxtalaşdırma), 308.1 (vəzifə saxtakarlığı) və 313-cü maddələri ilə təqsirləndirilən şəxslər- Atayeva Sevinc Sahib qızı, Cahangirov Əli Ağamir oğlu, Məmmədov Ruslan Məmməd oğlu, Xalıqov Elçin Rəcəb oğlu və Xanlarov Elşən Kazım oğlunun növbəti məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, cinayət işində zərərçəkmiş qismində Xəzər rayon Şağan bələdiyyəsi və Əliyev Aydın Qulu oğlu tanınıb. Məhkəmə prosesi təqsirləndirilən şəxslərin vəkillərinin çıxışları ilə davam edib və hər biri hüquqlarını müdafiə etdiyi şəxsə bəraət hökmünün çıxarılmasını istəyib. Sonra təqsirləndirilən şəxslər son sözlə çıxış ediblər. Əli Cahangirov özünü qismən təqsirli bilib. Sevinc Atayeva son sözündə bunları deyib:

"Mənim bu cinayət işində hər hansı günahım, əlbirliyim olmayıb. Mən seçiləndə Şağan Bələdiyyəsinin arxivi olmayıb. Onu yaratmışıq. Bir çox abadlıq işləri görmüşəm. Bu işlə bağlı vətəndaş mənə sənədin əslini verdiyinə görə mən ona arayış vermişəm. Mənə bəraət verməyinizi xahiş edirəm".

Çıxışlar bitdikdən sonra hakim müşavirəyə gedib və hökm elan olunub. Sevinc Atayeva 1 il müddətinə dövlət orqanlarında vəzifə tutmaq səlahiyyətindən məhrum edilməklə 2 min manat cərimə edilib. Digər şəxslərə də müxtəlif məbləğlərdə cərimə cəzası tətbiq edilib. 

Chosen
51
19
hurriyyet.az

10Sources