İngiltərə Premyer Liqasının V turunun "Mançester Siti" - "Arsenal" matçında (2:2) maraqlı statistika qeydə alınıb.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, London təmsilçisinin heyətində hücumçu Kay Havertz və müdafiəçi Yurrien Timber görüşü dəqiq ötürmə etmədən başa vurublar.
Bununla da K.Havertz Premyer Liqa tarixində son 7 mövsümdə 90 dəqiqə meydanda olan və dəqiq ötürmə edə bilməyən ilk oyunçu olub.
26 yaşlı almaniyalı forvard "şəhərlilər"lə qarşılaşmada 5, Y.Timber isə 6 cəhddə uğursuz ötürmə ediblər.
Mənbə: AZƏRTAC