EN

Bakıda əsas yollardan biri genişləndirilir - Video

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Yasamal rayonunun Nazim Hikmət küçəsindən Bakı Dairəvi Yoluna giriş-çıxış hissələrdə genişləndirmə işləri həyata keçirir.
Agentlikdən BUTA.TV-a verilən məlumata görə, məqsəd sözügedən ərazidə nəqliyyat sıxlığının qarşısını almaq, avtonəqliyyat vasitələrinin hərəkət istiqamətlərinə uyğun dayanmadan dönüşünü təmin etməkdir. Layihəyə əsasən hər iki istiqamət üzrə hazırda yol 2 hərəkət zolağı enində genişləndirilir, yeni yol yatağı və yol əsası inşa edilir. Ardınca asfaltlanma işlərinin icrası həyata keçiriləcək, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün genişlənmiş yolun kənarında piyada səkiləri inşa ediləcək.

Chosen
19
12
buta.tv

9Sources