EN

Şəmkirdə üç nəfəri “tok” vurub öldürdü

Şəmkirdə üç nəfəri elektrik cərəyanı vuraraq öldürüb.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Könüllü kəndi ərazisində qeydə alınıb.

Dünyasını dəyişənlər Bağırov Əkbər, Məmmədov İsmət və Böyükkişiyev Adil adlı şəxslərdir.

Onlar Könüllü kəndində sahibkara məxsus istixana sisteminə sellofan çəkirmiş. Bu zaman onların istifadə etdiyi dəmir pilləkən elektrik cərəyanına dəyib. Nəticədə üç nəfər yerindəcə həyatını itirib.
Ölən şəxslərdən ikisi Könüllü kəndindən, bir nəfər isə Ağstafa rayonundandır.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub, araşdırma başlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Chosen
24
4
bizim.media

10Sources