Azərbaycanda “Zəngəzur” pilotsuz uçuş aparatı (PUA) istehsal olunub.
Korrespondent.az bildirir ki, PUA ilk dəfə Bakıda keçirilən ADEX-2024 Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilir.
PUA-ın əsas təyinatı VTOL radioekoloji monitorinq üçün nəzərdə tutulub.
Azad olunan ərazilərimiz minalardan təmizləndikdən sonra torpaqda qalan radiasiyanın aradan qaldırılmasında PUA-nın istifadəsi vaxta qənaət edir.
PUA-nın təkmilləşdirilərək döyüş zamanı istifadəsi də nəzərdə tutulub.