Qazaxıstandan Almaniyaya neft tədarükü ilə bağlı müqavilə 2025-ci ilin sonuna qədər uzadılıb. Elchi.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi m’lumat yayıb.Departament aydınlaşdırıb ki, Qazaxıstan neftinin Rosneft Deutschland GmbH (RDG) şirkətinə tədarükü 2023-cü ilin fevralında başlayıb. Qazaxıstan, Almaniya və Rusiya arasında Transneft PJSC sistemi ilə nəqletmə müqavilələri çərçivəsində Atırau-Samara neft kəməri ilə “Drujba” sistemi ilə ildə 1,2 milyon tona qədər neftin tədarükü barədə razılıq əldə olunub.“Sentyabr ayında tədarük müqaviləsi 2025-ci ilin sonuna qədər uzadılıb”, – Energetika Nazirliyinin açıqlamasında deyilir.Avqustun ortalarında İtaliyanın Eni şirkətinin törəmə şirkəti Qazaxıstan neftini Almaniyaya nəql etməyə başladı. “Vedomosti” qəzetinin yazdığı kimi, tədarüklər Rusiya Federasiyası ərazisindən “Drujba” kəməri ilə “Agip Caspian Sea” şirkəti tərəfindən həyata keçirilir. 2024-cü ilin iyun ayında tədarükün həcmi 20 min ton təşkil edib. Nəqliyyat da Yaponiyanın İnpex və Karaçanak Petroleum Operating şirkətləri tərəfindən həyata keçirilir.Nuranə Məmmədova