EN

Premyer Liqanın 8-ci turu rəqəmlərin gözü ilə

Bu həftə Misli Premyer Liqasının VIII turunun oyunları keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, turun matçları üç günü əhatə edəcək.

Peşəkar Futbol Liqası üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki əvvəlki oyunlarının balansını açıqlayıb:

Misli Premyer Liqası
VIII tur
27 sentyabr (cümə)

“Araz-Naxçıvan” – “Səbail” – 4 oyun, +0=2-2, top fərqi – 3-6
“Səbail” bütün oyunlarda qol vurub. “Araz-Naxçıvan” qələbə qazanmayıb.

28 sentyabr (şənbə)

“Zirə” – “Kəpəz” – 20 oyun, +9=8-3, top fərqi – 26-17
“Kəpəz” son 12 matçda qələbə qazanmayıb. “Zirə” bütün ev görüşlərində qol vurub və xal qazanıb.

“Neftçi” – “Sumqayıt” – 47 oyun, +23=10-14, top fərqi – 73-51
“Neftçi” son 10 qarşılaşmada qol vurub. “Sumqayıt” son 3 matçda uduzmayıb.

29 sentyabr (bazar)

“Şamaxı” – “Turan Tovuz” – 4 oyun, +1=1-2, top fərqi – 4-4
“Turan Tovuz” bütün oyunlarda qol vurub. “Şamaxı” evdə qol vurmayıb və xal qazanmayıb.

“Qarabağ” – “Sabah” – 23 oyun, +14=7-2, top fərqi – 44-19
“Qarabağ” son 6 oyunda qol vurub. “Sabah” səfərdə qalib gəlməyib.

Chosen
28
3
futbolinfo.az

6Sources