EN

Aqrar sığorta şərtləri dəyişib

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çərçivəsində bəzi bitki növlərinin sığortası üzrə şərtlərdə dəyişiklik edilib.
BusinessTime bu barədə Aqrar Sığorta Fonduna istinadən xəbər verir.
Məlumata görə, yeniliklər aqrar sığortanın əhatə dairəsinin artırılması, fermerlərə məxsus əkin sahələrinin daha düzgün və səmərəli sığortalanması, sığorta hadisəsi zamanı fermerlərə dəyən zərərlərin daha yaxşı qarşılanması məqsədi daşıyır.
Belə ki, "Çiyələk bitkisi üzrə aqrar sığorta məhsulunun şərtləri"ndə edilmiş dəyişikliyə əsasən, 1 hektar üzrə nəzərdə tutulan maksimal məhsuldarlıq 400 sentnerdən (40 tondan) 700 sentnerə (70 tona) qaldırılıb. Bu dəyişiklik çiyələk sahələrindən yüksək məhsuldarlıq əldə elən fermerlərin məhsulunu bütünlüklə sığortalamağa imkan verəcək.
"Şəkər çuğunduru bitkisi üzrə aqrar sığorta məhsulunun şərtləri"ndə edilmiş dəyişiklikliyə əsasən, sığorta məqsədləri üçün şəkər çuğundurunun minimal qiyməti 1 sentner üçün 6 manat müəyyən edilib.
"Tütün bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri"ndə edilmiş dəyişikliyə əsasən, 1 hektar üzrə nəzərdə tutulan maksimal məhsuldarlıq 200 sentner, sığorta məqsədləri üçün tütünün minimal qiyməti 1 sentner üçün 30 manat müəyyən edilib.
Hazırda 41 bitki növü üzrə 48 bitki məhsulunu çoxsaylı risklərdən sığortalamaq mümkündür. Aqrar sığorta zamanı hesablanmış sığorta haqqının 50 %-ni fermerlərə dəstək məqsədilə dövlət ödəyir.

Chosen
102
8
businesstime.az

9Sources