27 sentyabr "Anım Günü" münasibətilə Qusar, Quba və Xaçmaz rayonlarında şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib. Bu məqsədlə Qusar Mediasiya Təşkilatının rəhbəri Radik Kazımov, Qusar rayon Vəkil Bürosunun vəkilləri Şahlar Xidirov, Rauf Kazımov və Zahid Məmmədov, həmçinin təşkilatın Quba və Xaçmaz üzrə mediatorları abidə komplekslərində keçirilən anım tədbirlərində iştirak ediblər.
QHT.az xəbər verir ki, Quba rayonu üzrə mediatorlar Natiq Əzizov, Azər Əliyev və Hümmət Əliyev, Xaçmaz rayonu üzrə mediatorlar Novruz Əliyev, Səriyyə Teyyubova və Ülkər Teyyubova tədbirə qatılaraq, şəhidlərin xatirəsinə böyük ehtiram göstərmişlər. Anım mərasimi zamanı abidə kompleksinin qarşısına çiçəklər qoyularaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin ruhu dərin hörmət və minnətdarlıqla yad edilib.
Tədbir iştirakçıları Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini daim yaşadacaqlarını bildirərək, onların qəhrəmanlıqlarının unudulmayacağını vurğulayıblar.