Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində "Politologiya" ixtisası üzrə təhsil alan IIl kurs tələbəsi Kənan Abıyev həyatını itirib.
Bu barədə "Cebheinfo.az"-a universitetin mətbut xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, o, avtoqəza nəticəsində vəfat edib.
BDU rəhbərliyi və kollektivi tələbənin vaxtsız vəfatından kədərləndiyini bildirib, ailəsinə dərin hüznlə başsağlığı verib.
Allah rəhmət eləsin!