EN

Zeynəb də öldürüldü: Qardaşı şəhid olanda demişdi ki...

Livanın şiə hərəkatı “Hizbullah”ın baş katibi Şeyx Həsən Nəsrullahın qızı Zeynəb Beyrutun cənubunda İsrailin hava hücumu nəticəsində həlak olub.

Publika.az xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.

Qeyd olunur ki, o, hərəkata və onun məqsədlərinə sadiq olduğunu açıq şəkildə nümayiş etdirib. Telekanalın məlumatına görə, 2022-ci ildə verdiyi müsahibədə “Hizbullah” liderinin qızı “qardaşı şəhid olanda valideynlərinin göz yaşı tökmədiyini” bildirib.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) İsrail Hərbi Hava Qüvvələrinin (IAF) Livanın cənubunda "Hizbullah"ın raket bölməsinin komandiri Məhəmməd Əli İsmayılı məhv etdiyini bildirib . Komandirlərdən birinin müavini Hüseyn Əhməd İsmayıl da sıradan çıxarılıb. İDF aydınlaşdırıb ki, komandir İsrailə “yer-yer” raketlərinin atılmasında iştirak edib.

Chosen
49
7
publika.az

6Sources