EN

FİFA Argentina millisinin qapıçısını cəzalandırdı

style='margin-bottom:10px;'>

Argentina millisinin 32 yaşlı qapıçısı Emiliano Martinez FİFA tərəfindən 2 oyunluq cəzalandırılıb.

QOL.az xəbər verir ki, buna səbəb onun TV operatoruna təzyiq etməsidir.

2024-cü il sentyabrın 10-da DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Kolumbiya - Argentina (2:1) matçı başa çatdıqdan sonra qonaqların qapıçısı Emiliano Martinez ona yaxınlaşan televiziya operatorunu vurub.

Artıq Argentina Futbol Federasiyasına xəbərdarlıq edilib ki, 32 yaşlı qolkiper 9-cu turun Venesuela ilə səfər matçını və Boliviya ilə 10-cu turun ev oyununu buraxmalıdır.

Qeyd edək ki, Emiliano 2021-ci ildən Argentina millisinin üzvüdür.

Chosen
12
1
teleqraf.com

2Sources