Azərbaycan millisinin sabiq üzvü Rüfət Dadaşovun da formasını geyindiyi “Dinamo”nun (Berlin) yeni baş məşqçisi müəyyənləşib
QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komanda almaniyalı mütəxəssis Dennis Kutribə tapşırılıb. 44 yaşlı məşqçi ilə 2 illik müqavilə imzalanıb.
Xatırladaq ki, "Dinamo"nun son baş məşqçisi avstriyalı Andreas Herafın olub. Onun istefasından sonra bu vəzifəni müvəqqəti olaraq Nils Vayler icra edirdi.