EN

İsrail İran təyyarəsinə xəbərdarlıq etdi

İrana məxsus sərnişin təyyarəsinin ekipajı İsraildən Beyrut beynəlxalq hava limanına enməmək barədə xəbərdarlıq alıb.

İqtisadiyyat.az bu barədə “Sada al-Balad” telekanalına istinadən xəbər verir.

“İsrail ordusu İran təyyarəsinin ekipajı ilə danışığa başlayıb və onlara Beyrut hava limanına enişin arzuolunmaz olduğu barədə xəbərdarlıq edib”, - deyə məlumatda qeyd olunub.

Bildirilib ki, nəticədə İran təyyarəsi Tehrana qayıtmağa məcbur olub.

Chosen
5
11
iqtisadiyyat.az

10Sources