EN

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə müzakirə apardı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə Bakının COP29-a sədrliyini müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.

“BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha ilə görüşərək Azərbaycan-İƏT əməkdaşlıq gündəliyini müzakirə edib. [Görüşdə] Azərbaycanın İƏT-in fəaliyyətində fəal iştirakı yüksək qiymətləndirilib, bundan sonra da əməkdaşlığa hazır olduğu vurğulanıb. Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın COP29-a sədrliyi, iqlimin maliyyələşdirilməsi prioritetləri və bununla bağlı təşəbbüslər barədə də məlumat verib”, – mətbuat xidməti diqqətə çatdırıb.

Chosen
44
20
bakivaxti.az

10Sources