İsrail ordusu Livanın hərbi blokadaya alındığını elan edib.
Oxu.Az Ynet-ə istinadən xəbər verir ki, Tel-Əviv, həmçinin Suriya və İrandan gələn yük təyyarələrinin Beyrut hava limanına enməsinə qadağa qoyulması barədə Livan tərəfini rəsmi məlumatlandırıb.
İsrail ordusunun nümayəndəsi əməliyyatları davam etdirmək niyyətində olduğunu, o cümlədən “Hizbullah”ın daha əvvəl məhv edilən liderlərinin yerinə keçən yeni liderlərin məhv ediləcəyini açıqlayıb.
Habelə, İsrail ordusu Həsən Nəsrullahın aradan qaldırılmasının təşkilatın “fəaliyyətlərində dəyişiklik”ə səbəb olacağına ümid etdiyini bildirib.