EN

Mahir start heyətində meydana çıxıb, "Nürnberq" uduzub

Azərbaycanlı futbolçu Mahir Emreli Almaniyanın 2-ci Bundesliqasında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, o, 7-ci turda "Nürnberq"in əsas heyətində meydana çıxıb.

"Hannover"lə qarşılaşmada Mahir 75 dəqiqə oynamaq şansı qazanıb. Bu müddət ərzində Emreli heç nə ilə yadda qalmayıb. Onun komandası 0:2 hesabı ilə uduzub

Qeyd edək ki, "Nürnberq" növbəti turda öz meydanında "Preussen Munster"lə qarşılaşacaq. Nürnberqlilər 7 oyundan sonra 7 xalla 14-cü pllədə qərarlaşıblar.

İdman.biz

Chosen
21
idman.biz

1Sources