EN

"Müdafiədə yaxşı çıxış etmirik" : Krunoslav Renduliç

“Əvvəlcə "Qarabağ"ı təbrik edirəm. Onlar bu gün qələbəyə layiq idilər. Əfsuslar olsun ki, ilk 10 dəqiqədə oyuna kifayət qədər köklənə bilmədik və 2 qol buraxdıq. Ondan sonra hesabı bərabərləşdirmək çətin idi. İlk hissənin sonlarında qol vurduq. Bilirdim ki, ikinci hissədə qol şanslarımız olacaq. Təəssüf ki, iki əla fürsəti əldən verdik. Oyunçularımı təbrik edirəm. 0:3-dən sonra geridönüş etmək çətindir. Futbolçularım çox yaxşı oynadılar, çalışdılar ki, hesabı bərabərləşdirsinlər. Sabah yeni gün başlayır”.

“Football-plus.az” xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Misli premyer-liqasının 8-ci turunun “Qarabağ”la oyundan sonra mətbuat konfransında deyib.

- Futbolçularınız təbrikə layiqdirsə, niyə ilk 10 dəqiqədə o cür səhvlər etdi?

- Əlbəttə ki, bütün bunlara görə məşqçi məsuliyyət daşıyır. Start heyətini mən seçirəm.

- Boyan Letiç bu gün iki assist etdi. O, assist sayında liderdi. Amma müdafiəçinin işi tam bu deyil. Yarımmüdafiədə onun kimi məhsuldar oyunçunuz yoxdu?

- Niyə belə nəticəyə gəlirsiz ki, onun işi məhsuldar ötürmək vermək deyil? Qərarı mən verirəm ki, künc zərbəsini, standart vəziyyətləri kim yerinə yetirəcək. Çox şadam ki, həqiqətən assist sayısında liderdi. Onun keyfiyyəti var və bunu davam etdirməlidi.

- "Sabah" ən çox qol buraxan 3 komandadan biri, ən çox qol vuran iki komandadan biridi. Son oyunlarda Nicat Mehbalıyevin qapıda dayanması nə ilə bağlıdı?

- Mən elə məşqçi deyiləm ki, hər futbolçunu 2-3 oyundan bir dəyişim. O demək deyil ki, Yusif İmanov pis çıxış edib. Nicat çox yaxşı çalışır. Sofia Çaklanın yerinə İqoru da oynatmışdım. Bu, faktdı ki, çox qol buraxırıq. Cəhd edirəm ki, nələrisə dəyişim.

- Avrokuboklarda da çox qollar buraxırdız. Problemi kökündən həll etmək mümkün deyil?

- Daha yaxşı nəticələr istəyiriksə, bu qədər qol buraxmamalıyıq. Fakt odu ki, müdafiədə yaxşı çıxış etmirik. Amma hücumda yaxşıyıq.

Chosen
46
9
football-plus.az

10Sources