EN

"Trabzonspor"un ilk qələbəsi, "Fənər" fərqi 3-ə endirib

Türkiyə Superliqasında VII turun 4 oyununda qapılara 16 qol vurulub.

İdman.biz xəbər verir ki, "Trabzonspor" mövsümdə ilk qələbəsini qazanıb.

Qaradəniz təmsilçisi 5 heç-heçədən sonra meydanı 3 xalla tərk edib. Şenol Güneşin komandası "Konyaspor"a 3:2 hesabı ilə qalib gəlib.

"Fənərbaxça" isə Antalya səfərindən 3 xalla dönüb. "Antalyaspor"a 2:0 hesabı ilə qalib gələn Joze Mourinyonun yetirmələri lider "Qalatasaray"la xal fərqini 3-ə endiriblər.

Türkiyə Superliqası
VII tur
29 sentyabr

"Eyüpspor" - "Qaziantep" - 3:2
"Trabzonspor" - "Konyaspor" - 3:2
"Bodrumspor" - "Adana Demirspor" - 3:1
"Antalyaspor" - "Fənərbaxça" - 0:2

İdman.biz

Chosen
26
idman.biz

1Sources