EN

"Hizbullah"ın yeni lideri kimdir?

Xəbər verdiyimiz kimi, Livan “Hizbullah”ının yeni lideri Seyid Haşim Səfiuddin təyin olunub. O, İsrailin bombardmanı nəticəsində öldürülən Seyid Həsən Nəsrullahdan sonra "Hizbullah"a rəhbərlik edəcək.

Publika.az “Hizbullah”ın yeni liderinin dosyesini təqdim edir:

Haşim Səfiuddin 1964-cü ildə Livanın cənubundakı Deyr Qanun əl-Nahrda nüfuzlu şiə ailəsində anadan olub. "Hizbullah"ın yüksəkvəzifəli rəsmisi Həsən Nəsrullahın ana tərəfdən qohumudur. O, hərəkatın İcraiyyə Şurasının rəhbəri, təhlükəli beynəlxalq terrorçu sayılır, "Hizbullah"ın "ikinci nömrəsi" hesab olunur.

2017-ci ildə ABŞ Dövlət Departamenti onu terrorçu kimi tanıyıb.

Livana geri çağırılana qədər Haşim Səfiuddin Nəcəf (İraq) və Qumda (İran) Nəsrullahla ilahiyyat təhsili alıb. 1995-ci ildə o, hərəkatın ən yüksək qurumu olan "Məclis əş-Şura"ya (Məşvərət Məclisi) təyin edilib. Haşim Səfiuddin "Cihad Şurası"nın rəhbəri təyin olunub.

Chosen
15
31
publika.az

10Sources