Aktual.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan deyib.
Baqratyan bildirib ki, Paşinyanın siyasəti Rusiyanı da Azərbaycana yaxınlaşdırır.
"Rusiya Azərbaycanla strateji müttəfiqlik sənədi imzaladı. Moskva Turan dəhlizini (Zəngəzur dəhlizi) qəbul edib. Hesab edirəm ki, Nikol Paşinyan 2023-cü ildə Azərbaycanla gizli müqavilə imzalayıb və dəhlizi (Zəngəzur) Bakıya təhvil verib”, - o iddia edib.