Sentyabrın 30-da Bakıda İqlim Fəaliyyəti Həftəsi açılıb. Oktyabrın 4-dək davam edəcək tədbirdə siyasi, maliyyə, elmi və mədəni dairələrin nümayəndələri, həmçinin vətəndaş cəmiyyəti və KİV təmsilçiləri iştirak edirlər.
İştirakçılar "enerji keçidi", "şəhərləşmiş mühit", "keyfiyyətli su", "ərzaq və kənd təsərrüfatı" və digər mövzuları müzakirə edəcəklər.
Bu ilin noyabrında Bakıda COP 29 konfransı keçiriləcək.