EN

Qazaxıstan Milli Bankının sədri Azərbaycana gəlib

Qazaxıstan Milli Bankının sədri Timur Süleymenovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Məlumatda deyilir ki, səfər çərçivəsində AMB-nin sədri Taleh Kazımov Qazaxıstan nümayəndə heyətini qəbul edib. Görüşdə hər iki ölkənin mərkəzi bankları arasında mövcud əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilərək, son dövrlərdə müşahidə olunan davamlı inkişaf tempi yüksək qiymətləndirilib, mövcud makroiqtisadi vəziyyət, həyata keçirilən pul-kredit siyasəti, ödəniş sistemləri, müasir maliyyə texnologiyaları və digər sahələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, ötən il iki qurum arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd çərçivəsində monetar siyasət, maliyyə sektoru, ödəniş sistemləri və maliyyə texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə və məlumat mübadiləsinin aparılması, həmçinin ikitərəfli səfərlərin təşkil edilməsi nəzərdə tutulub.

Chosen
12
turan.az

1Sources