EN

“Sözün ürəyindən öpən adam” - Əntiqə KƏRİMZADƏ yazır…

Bahar qaranquşundan, uca dağlar qarından, şairlər işə şeirindən bəlli olar. Məncə, söz adamlarının cismi heç vaxt torpaq üzərində dayanmır. Sadəcə onlar cazibə nəticəsində “ torpağa birləşirlər”. “Aldatmaq” şair üçün axı nədir ki?
- Düşünürəm ki,  bir ovuc su içmək qədər “asandır”. Məsələn, haqqında danışacağım müsair poeziyamızın   dəyərli  qələm sahiblərinən biri Vasif Qurbanzadə qəlbi şeir dadmaq istəyən oxucuya deyir ki, “səni sevmək, yaşamaqdır”… Əslində bu sözlər gözləri yolda qalan və daim söz axtaran oxucu üçün tapıntı olur.  Nə xoş həmin oxucunun halına ki sözə belə “aldanır”.  Bəlkə də aldanmır, kəşf edir… ya tapır… ya da itirir. Tapdığı əsl poeziya, itirdiyi isə “bir salam”dan asılı olduğu qələm dostları olur. Düşünürəm ki, oxucu şeiri  sevəndə poeziya şairi gözəlləşdirir. Amma oxucu həm şeiri, həm də şairi sevəndə poeziya həmin şairi möhtəşəmləşdirir.

 

titrəyib,
bürünərsən çiynindəki şala,
sinəmə sığınmaq gəlməz ağlına…

 

İnsan hislərinin şəklin çəkmək  şairin qələminin mükəmməlliyindən xəbər verir. Amma o xəbəri özünə çatmağa icazə verməyən şairlər həmişə yüksəkdə olduqlarının fərqinə varmırlar.  Çünki onlar üçün poeziya bəşəriləşir .Həmin yaradılmışlar  dünyanın faniliyini dərk etməyi yüksəklərlə qürrələnməkdən üstün tuturlar. Vasif Qurbanzadə də musair ədəbi nəslin belə nümayəndələrindən biridir.
 

Deyin, necə olsun tabım,
Özümə çatmır xitabım,
Mənim də ömür kitabım.
O evdə bükülü qalıb.

 

Şairlərin aruzları gözlərində yox, şeirlərində qalır.  Vasif  Qurbanzadənin öz təbi ilə desək, o evdə  bükülü qalan ömür kitabını isə param-parça olmuş vətənindən boylanan xatirələri küləklər şəhəri vərəqləyir….  Ancaq onun bu qəmgin notda yazılmış şeirləri düşünürəm ki, şairin “arxiv ədəbiyyatı” olacaq. Çünki qəlbi doğulduğu torpağa bağlı olan bir söz adamı üçün azad olunmuş ata yurdunda rahat gəzməyi İlahi mükfatdəır.
 

Arxamca baxma dünya,
Səni buraxıb gedirəm.
Hər kəs səndən bir şey aldı,
Mən sənə baxıb gedirəm…

 

Elə gedişlər var ki, salamsız gələn min gəlişdən möhtəşəmdir. Hansı ki yaddaşlarda qalan gedişdir, o gediş. Məncə dəyərlilərin “əlvidası” belə möhtəşəm olur.  Bəlkə də bir ömür insanın gözünü yollarda qoyur bu gediş, amma möhtəşəm olur.  Çünki unudulmur. Unudula bilmir. Şeirdə deyildiyi kimi;- “mən sənə baxıb gedirəm”. Ən böyük pay isə bu dünyaya baxıb getməkdi.
 

İldırım dirijor,
Buludlar yağışı ifa edir.
...sən də  mənim ifamda səslənirsən!

 

Burda bir addim “geri çəkilmək” mütləqdi. Sükut... Duymaq... Birdə sonu və başlanğıcı olmayan yaşamaq...  Ən böyük sevgilərin son ünvanı buludlardır.
 

Soyuq sifətində əlim,
Etdik yolumuzu yarı.
Mənim əlim isinmirsə,
İsinər dünyanın bağrı…?

 

Əslində hər bir insan içindəki kədərin varlığını  özü dərk edə bilmir.  Heç kədər də deməzdim. Sadəcə insan  bəzən nə  arzularından xəbərsiz olur.
 

Dünyadakı ən böyük varımda sən,
Həyatdakı ən böyük əksiyimdə sən...
Sən... Sən... Sən...
Heç nəyim tam olmur sən tam olmadan...
AZƏRBAYCAN!!!

 

Bəli, heç vaxt itirməyəcəyimiz azalmayan nemət, tükənməyən sərvət məhz vətəndir.Vücuduna sığmayan vətən sevgisini  bircə “SƏN”də cəm etmək  sözü böyüklərin  “əl işidir”.
 

SÖZünüz qəlblərə ərməğandır,  sözün ürəyindən  öpən adam!


   

Chosen
68
27
adalet.az

10Sources