Bakı. Trend:
Vətəndaşlarının bank kartlarından pullarının mənimsənilməsininqarşısı alınmalıdır.
Trend-in məlumatına görə,bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçiriləniclasında deyib.
O qeyd edib ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklikedilməli və bu məsələyə nəzarət gücləndirilməlidir.
“Texnologiyalardan istifadə edərək, vətəndaşlarınpensiyalarının, pullarının bank kartalarından mənimsənilməsinarazılıq yaradır. Bunun qarşısı alınmalıdır”, - deyə deputat əlavəedib.