EN

“Milan” və “İnter”in 16 azarkeşi HƏBS OLUNDU

İtaliyanın təhlükəsizlik qüvvələri “Milan” və “İnter” futbol klublarının azarkeş qruplarına qarşı əməliyyat keçirib.

Bizim.Media xəbər verir ki, Milan prokurorluğunun Mafiya ilə Mübarizə İdarəsinin, təhlükəsizlik qüvvələrinin və maliyyə polisinin birgə keçirdiyi əməliyyatda 22 nəfər dindirilib, onlardan 19-u saxlanılıb. 

On altı nəfər həbs edilib, üçü isə ev dustaqlığına buraxılıb.
 

Saxlanılanlar arasında hər iki azarkeş qrupunun liderləri və müxtəlif biznes fəaliyyəti ilə məşğul olan şəxslər var. 


Onlar mafiya ilə əlaqədə, hədə-qorxu, xəsarət yetirmə, matçlara qeyri-qanuni girişi təminetmə və digər cinayətlərdə ittiham olunurlar.

Bizim.Media

Chosen
12
1
bizim.media

2Sources