VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il payız sessiyasının ilk iclası keçirilib.
APA-nın xəbərinə görə, sessiyanın ilk iclasında yeni seçilmiş VII çağırış Milli Məclisin üzvlərinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən vəsiqələr təqdim edilib.
İclasda həmçinin VII çağırış Milli Məclisin ilk iclasında yaradılmış komitələrinin tərkibi formalaşdırılıb, Milli Məclisin 2024-cü il payız sessiyasının qanunvericilik işləri planı qəbul edilib, parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası yaradılıb.
***
saat 12.01
VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il payız sessiyasının ilk iclası başlayıb.
APA-nın xəbərinə görə, sessiya Dövlət himninin oxunması ilə başlayıb.
Sessiyanın ilk iclasında yeni seçilmiş VII çağırış Milli Məclisin üzvlərinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən vəsiqələr təqdim ediləcək.
İclasda həmçinin VII çağırış Milli Məclisin ilk iclasında yaradılmış komitələrinin tərkibi formalaşacaq.