EN

ANAMAİctimai Şuranın üzvləri iləgələcək layihələri müzakirə edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarəHeyəti üzvləri Agentlik yanında İctimai Şuranın nümayəndələri iləgörüş keçirib.

Trend xəbərverir ki, bu barədə ANAMA məlumat yayıb.

Bildirilib ki, görüşdə mina qurbanlarının ehtiyaclarınınöyrənilməsi, minadan zərərçəkənlərə yardım, partlayıcı sursatlarıntəhlükəsinə dair maarifləndirmə tədbirləri, mina təhlükəsi iləmübarizə sahəsində vətəndaş cəmiyyətinin rolu, gələcək fəaliyyətistiqamətləri, eləcə də bir sıra layihələr ətrafında fikirmübadiləsi aparılıb.

Ölkəmizin üzləşdiyi mina probleminin beynəlxalq ictimaiyyətindiqqətinə çatdırılması istiqamətində hesabatların, məqalələrin,habelə tədbirlərin keçirilməsinin zəruriliyi vurğulanıb.

Agentliyin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədovmina təhlükəsi ilə mübarizə istiqamətində Agentlik tərəfindən icraedilən fəaliyyətlə daha yaxından tanışlıq məqsədilə İctimai Şuranınüzvlərinin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərlərininvacibliyini bildirib.

İclasda İctimai Şuranın üzvlərinin görülən işlər və gələcəklayihələrə dair fikirləri, təklifləri dinlənilib.

Agentliyin Aparatında keçirilən görüş çərçivəsində İctimaiŞuranın üzvləri Agentliyin struktur bölmələrinin fəaliyyəti ilətanış olublar.

ANAMAİctimai
ANAMAİctimai
ANAMAİctimai
ANAMAİctimai
ANAMAİctimai
ANAMAİctimai
Chosen
65
1
az.trend.az

2Sources