EN

İlon Maskdan İLGİNC DRON AÇIQLAMASI

“Gələcək dron sürülərinin böyük döyüşlərinə şahidlik edəcək”.

Musavat.com xəbər verir ki, bu fikir amerikalı milyarder İlon Mask tərəfindən səslənib.

“Ağlınızı alacaq pilotsuz təyyarə döyüşləri gəlir”, - deyə İlon Mask özünə məxsus olan “X” sosial şəbkəsindəki hesabında yazıb.

Bununla amerikalı milyarder “ABŞ-ın ildə, Çinin isə hətta bir gündə təxminən 20 min pilotsuz uçan aparat istehsal edə biləcəyi barədə” bir istifadəçinin yazısını şərh edib.

Qeyd edək ki, bu yaxınlarda ABŞ-ın ordu nazirinin satınalma, texnologiya və logistika üzrə köməkçisi Duqlas Buş “ABŞ ordusunun pilotsuz uçuş aparatlarının (PUA) alışını sursat alışı səviyyəsinə çatdırmaq niyyətində olduğunu” bildirib.

Musavat.com

Chosen
38
musavat.com

1Sources