Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Moskvadakı keçmiş səfiri Polad Bülbüloğlunu “Aleksandr Nevski” ordeni ilə təltif edib.
Missiya.Az "Lenta.ru"ya istinadən xəbər verir ki, Putin bununla bağlı Fərman imzalayıb.
Məlumata görə, Polad Bülbüloğlu Rusiya və Azərbaycan arasında qarşılıqlı münasibətlərin möhkəmləndirilməsində xidmətlərinə görə sözügedən ordenlə təltif edilib.
Leyla SƏMƏNDƏR
Missiya.Az