EN

Şirkətlərin banklardakı tələbli əmanətləri son 1 ayda 439 milyon manat azalıb

2024-cü ilin sentyabrın 1-nə Azərbaycan banklarında hüquqi şəxslərin tələbli depozit portfeli 15 milyard 830,8 milyon manat təşkil edib.

FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.

Tələbli depozitlər aylıq müqayisədə 439,3 milyon manat (2,9%) artıb, ötən ilin sonu ilə müqayisədə 1 milyard 637,6 milyon manat (9,4%), illik müqayisədə 108,8 milyon manat (0,7%) böyüyüb.

Tələbli depozitlərin 6 milyard 53 milyon manatı xarici valyutada formalaşıb.

Bu göstərici də aylıq müqayisədə 708,2 milyon manat (13,3%) artıb, ötən ilin sonu ilə müqayisədə 290,5 milyon manat (4,6%) azalıb, illik müqayisədə 436,4 milyon manat (8%) böyüyüb.

Chosen
57
fed.az

1Sources