EN

Putin Polad Bülbüloğlunu "Aleksandr Nevski" ordeni ilə təltif edib

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın RusiyaFederasiyasındakı keçmiş səfiri Polad Bülbüloğlunun "AleksandrNevski" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Trend xəbərverir ki, keçmiş səfir iki ölkə arasında müttəfiqlik əməkdaşlığınınmöhkəmləndirilməsində xidmətlərinə görə təltif edilib.

"Rusiya-Azərbaycan müttəfiqlik əməkdaşlığınınmöhkəmləndirilməsində xidmətlərinə görə Azərbaycan Respublikasınınvətəndaşı Bülbül oğlu Polad "Aleksandr Nevski" ordeni ilə təltifedilsin", - deyə sərəncamda deyilir.

Xatırladaq ki, daha öncə Polad Bülbüloğluna Başqırdıstanın Xalqartisti adı verilib. Mükafatı Müstəqil Dövlətlər Birliyi (MDB)ölkələrinin yaradıcı və elmi ziyalılarının Ufada keçirilən XVIIForumu çərçivəsində Başqırdıstan Respublikasının rəhbəri RadiyXabirov təqdim edib.

Məqalədə:
Chosen
12
1
az.trend.az

2Sources