EN

Dövlət Komitəsində əcnəbi jurnalistlərlə görüş olub

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Parlament (Tərəfsiz) Jurnalistlər Birliyinin dəvəti ilə ölkəmizə qonaq gəlmiş "Magyar Hirlap" (Macarıstan) qəzetinin və eyniadlı saytın redaktoru Jolt Sütyo Nad, Bolqarıstanın Dövlət Xəbər Agentliyi, “24 chasa” qəzeti, “Standart” qəzeti və BTV kanalının əməkdaşı Nahidə Deniz və Özbəkistan Jurnalistlər Birliyinin üzvü, “Yoshlar” telekanalının baş redaktoru Həmzə Cumayev ilə görüş olub.

Komitədən AZƏRTAC-a verilən məlumata görə, Parlament (Tərəfsiz) Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlının da iştirak etdiyi görüşdə Dövlət Komitəsinin sədri Rövşən Rzayev qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin əsas istiqamətləri barədə qonaqlara ətraflı məlumat verib. O bildirib ki, Prezident İlham Əliyev bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinə, yaşayış şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına diqqət və qayğı göstərir, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, cəmiyyətin digər həssas qrupları kimi, onların da problemlərinin həllinə daim xüsusi qayğı ilə yanaşır. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində qazanılmış parlaq Qələbə, torpaqlarımızın işğaldan azad edilməsi uzun illərdir didərginlikdən əziyyət çəkən həmvətənlərimizin həyatında yeni səhifə açıb. İşğaldan azad edilmiş ərazilərdə bərpa olunan və yenidən tikilən yaşayış məntəqələrinə Böyük Qayıdış başlanıb. Keçmiş məcburi köçkünlərin doğma yurda böyük həvəslə geri döndükləri, dövlətimizin onlar üçün yaratdığı şəraitdən razı qaldıqları, onların könüllü, təhlükəsiz, ləyaqətli qayıdışının təmin edildiyi vurğulanıb.

Chosen
24
5
azertag.az

6Sources