EN

Qəzzada həlak olan jurnalistlərin sayı açıqlandı

Qəzza zolağına edilən hücumlarda daha bir jurnalist həyatını itirib.   Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Qəzza hökumətinin Media Ofisi məlumat yayıb. Bildirilib ki, bir neçə ingilisdilli KİV-də çalışan jurnalist Vəfa Əli əl-Adeini Qəzzaya hücumu zamanı həlak olub.

Qeyd edilib ki, 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında öldürülən jurnalistlərin sayı 174-ə yüksəlib.

Chosen
22
9
manset.az

10Sources