EN

"Nokia" smartfonları Avropa bazarından çəkildi

"Nokia" brendi altında olan smartfonlar Avropa bazarından çəkilib.
Teleqraf.com xəbər verir ki,bu barədə xarici mətbuatda məlumat yayılıb.

Brendin hazırkı sahibi, Çinin HMD Global şirkəti bütün Nokia smartfonlarını bir neçə əsas bazarın, o cümlədən Avropanın internet saytlarından yığışdırıb.

Bununla belə, "Nokia" telefonları hələ də Asiya, Afrika və Yaxın Şərq, Avstraliya , Yeni Zelandiya və Latın Amerikası daxil olmaqla regional HMD mağazalarında veb saytında mövcuddur.

Müəllif: Arzu
Chosen
89
15
teleqraf.com

10Sources