EN

FİFA Samuel Eto'Oya qadağa qoydu

FİFA-nın İntizam Komitəsi Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto'Onun 6 ay müddətinə Kamerun millisinin oyunlarında iştirakına qadağa qoyub. Sport24.az xəbər verir ki, o, FİFA intizam məcəlləsinin təhqiredici və nalayiq davranış və ədalətli oyun prinsiplərinin pozulması ilə bağlı iki maddəsi ilə təqsirli bilinib.
 
43 yaşlı Eto'Oya qarşı sanksiyalar 2024-cü il sentyabrın 11-də Kamerun və Braziliya arasında keçirilən FİFA U-20 qadınlararası dünya çempionatının 1/8 final mərhələsində davranışına görə tətbiq edilib.
 

Chosen
50
6
sport24.az

10Sources