EN

Qərbi azərbaycanlıların doğma vətənlərinə qayıdacaqları vaxt indidən məlumdur...Ən Böyük Qayıdış...

Image

Qərbi Azərbaycandan deportasiya edilmiş 100 minlərlə soydaşlarımızın doğma yurdlarına dönüşü bəzilərinə xəyali görünsə də, mütləq gerçək olacaq. 1918, 1948-53 və 1988-1989-cu illərin 3 deportasiyasından sonra 4-cü deportasiya daha olmayacaq.

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. 

A.Quliyev daha sonra yazır:

“Qərbi Azərbaycana dönüşümüz "Ən Böyük Qayıdış" olacaq. Nə vaxt olacağını da deyim.

Ermənistanın üzərində hərbi, siyasi, ideoloji və diplomatik Zəfərimiz Hüquqi Zəfərə çevriləndə Qərbi azərbaycanlı soydaşlarımızın tarixi vətənimizə Ən Böyük Qayıdışı real olacaq. 8 noyabr və 20 sentyabr düşmən üzərində hərbi, siyasi, ideoloji və diplomatik Zəfərimizin rəmzləridir. Tam və hərtərəfli Sülh sazişinin imzalandığı gün isə Hüquqi Zəfərimizin rəmzi olacaq. Bu andan başlayaraq Ermənistandan müharibə təzminatının alınmasına və soydaşlarımızın Ən Böyük Qayıdışına hüquqi təminat olan Beynəlxalq Məhkəmə qərarlarının yolu açılacaq. Real olaq. İndiki geosiyasi reallıqlar və beynəlxalq düzən hələlik belə məhkəmə qərarlarının alınmasına imkan vermir. Bu gün "Arsax ermənilərinin geri qaytarılmasını gündəmdən düşməyə qoymayanlar və Ermənistanı sülhə yox, silahlanmaya təşviq edənlər Beynəlxalq Məhkəmələrdə ədalətin təcəllə etməsinə hələlik imkan verməzlər. Lakin bu, indilik belədir. Dəyişəcəyi an mütləq gələcək. Yetər ki, Qərbi azərbaycanlıların Ən Böyük Qayıdışına inamımızı itirməyək”.

Tahir TAĞIYEV





Chosen
64
baki-xeber.com

1Sources