"Fənərbağça"nın ulduz futbolçusu növbəti oyunu buraxmalı olacaq.
Offsideplus.az xəbər verir ki, "Antalyaspor"la görüşdə zədələnən Çağlar Söyüncü qarşıdakı matçda meydana çıxa bilməyəcək. Klubdan verilən açıqlamada oyunçunun sol arxa əzələsində qanaxma və ödəm aşkarlandığı, müalicəsinə başlanıldığı bildirilib.
Çağların milli komandanın oyunları ilə əlaqədar yaranacaq fasilədən sonra "Samsunspor"la oyuna qədər sağalacağı gözlənilir.
Qeyd edək ki, oktyabrın 3-də İstanbul təmsilçisi Avropa Liqasının Liqa mərhələsinin II turunda "Tvente" ilə qarşılaşacaq.