EN

Sosial şəbəkədə tanış olduğu qadınla görüşdü: İstəkləri olmadıqda isə onu boğmağa çalışdı

Bakının Nizami rayonunda 1997-ci il təvəllüdlü Rüstəm sosial şəbəkədə tanış olduğu İlahəni (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, Rüstəm 2021-ci ilin iyun ayının sonlarında "Telegram" sosial şəbəkəsi vasitəsilə tanış olduğu 1988-ci il təvəllüdlü İlahə ilə pul müqabilində cinsi əlaqədə olmağa razılaşıb.

Rüstəm həmin ilin iyulun 16-da, saat 17 radələrində İlahənin kirayədə yaşadığı Nizami rayonu, M.Abbasov küçəsindəki mənzilə gəlib. O, mənzilin yataq otağındakı çarpayının üzərində İlahə ilə bir dəfə cinsi əlaqədə olub.

Bundan sonra İlahə təkrar intim münasibətdə olmaqdan imtina edib və Rüstəmdən evini tərk etməsini tələb edib. Bunu bəhanə edən Rüstəm İlahəni öldürmək məqsədilə həmin gün saat 17:40-da mənzilin mətbəxindən götürdüyü bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub.

Daha sonra isə Rüstəm mənzildə olan mələfəni İlahənin boğaz nahiyəsinə dolayıb və onu boğmaq üçün boyun üzvlərini sıxmağa çalışıb. Lakin İlahə aktiv müqavimət göstərməklə, yaralı vəziyyətdə ondan yayınıb və yaşayış binasının blokuna çıxaraq, qonşuları köməyə çağırıb.

Qonşuların hadisə yerinə gəlməsi ilə əlaqədar Rüstəm ifşa olunmaması üçün mənzilin pəncərəsindən tullanaraq, hadisə yerindən qaçıb. İlahə qonşular tərəfindən çağırılmış təcili tibbi yardımın həkim briqadasının köməyi ilə vaxtında xəstəxanaya çatdırılıb. Ona ixtisaslı tibbi yardım göstərilməklə həyatını xilas edilib.

İstintaq orqanı tərəfindən Rüstəmin barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rüstəm ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

Ona 10 il azadlıqdan məhrum etmə cəzası təyin olunub. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilib. Dövlət ittihamçısı Rüstəmin Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə təqsirli bilinməsi, ona 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını xahiş edib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə dövlət ittihamçısı tərəfindən verilən protest təmin edilməyib.

Bu qərardan narazı qalan dövlət ittihamçısı kasasiya protesti verib. Ali Məhkəmənin qərarı ilə kasasiya protesti təmin edilməyib.

Bizim.Media

Chosen
39
bizim.media

1Sources