EN

İraq hərbçiləri döyüş hazırlığı vəziyyətinə gətirildi

Suriya və digər ölkələrlə sərhəddə olan İraq qoşunları tam döyüş hazırlığı vəziyyətindədir.

Redaktor.az xəbər verir ki, bu açıqlama ilə İraq Silahlı Qüvvələrinin (SQ) Ali Baş Komandanının nümayəndəsi Yəhya Rəsul çıxış edib.

“İraq Silahlı Qüvvələri dövlətin suverenliyini qorumaq üçün üzərinə düşən vəzifələri yerinə yetirir, hərbi birləşmələr qonşu ölkələrlə, xüsusən də Suriya ilə sərhədləri qorumaq üçün bütün lazımi tədbirləri görüb”, - deyə o INA agentliyinə bildirib.

Rəsul İraq-Suriya sərhədində mövcud vəziyyətlə bağlı əlavə məlumat verməyib.

O vurğulayıb ki, vəziyyətin gərgin olmasına baxmayaraq, Livandan olan 144 qaçqın bazar ertəsi Suriya ilə sərhəddəki Əl-Qaim keçid məntəqəsi vasitəsilə İraqa gəlib.

"Onlardan bəziləri İsrailin atəşə tutması nəticəsində yaralanıb və onlara lazımi köməklik göstəriləcək. Bundan əlavə, İraq hakimiyyəti Livana humanitar yardımı İsrail hərbi təyyarələrinin Livan səmasında fəaliyyətinin azaldığı vaxtdan daha böyük həcmdə çatdırmağı planlaşdırır”, - Rəsul bildirib.

Turan İSMAYIL

Chosen
93
18
redaktor.az

10Sources