EN

Rafael Qrossi Belarusa səfər edəcək

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi danışıqlar aparmaq üçün Minskə səfər edəcək və Belarusun Ostrovets şəhərindəki atom elektrik stansiyasına baş çəkəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

"MAQATE-nin baş direktoru Rafael Qrossi bu gün paytaxt Minskdə yüksək səviyyəli görüşlər keçirmək, həmçinin Ostrovetsdəki AES-ə baş çəkmək üçün Belarusa səfər edəcək”, - məlumatda deyilir.

Chosen
10
operativmedia.az

1Sources