EN

Terror aktı törədən şəxsin cəzası alınması istiqamətində danışıqlar gedir - Baş prokuror

Hazırda Tehranda Azərbaycan səfirliyində terror törədən şəxsin cəzası alması istiqamətində iki ölkə arasında danışıqlar prosesi davam edir. Bunu jurnalistlərə açıqlamasında Kamran Əliyev deyib. 
 
O bildirib ki, bu, prosessual məsələdir. 
 
 Bundan əvvəl yerli mətbuatda yazılıb ki, Azərbaycanın İrandakı  səfirliyinə hücum edən terrorçu ilə bağlı çıxarılan edam qərarı tez bir zamanda icra olunmasa, Azərbaycan İrandakı səfirini növbəti dəfə geri çağıra bilər. 
 
2023-cü il yanvarın 27-də "Kalaşnikov” silahı ilə silahlanan 55 yaşlı Yasin Hüseynzadə adlı şəxs Azərbaycan səfirliyinə hücum edib, mühafizə xidmətinin rəisi qətlə yetirilib, iki nəfər isə yaralanıb. Onun barəsində 2023-cü il oktyabrın 2-də ölüm hökmü çıxarılsa da üstündən bir il keçməsinə baxmayaraq hökm hələ də icra olunmayıb.
 
Aparılan araşdırmaların nəticələrinə görə, Yasin Hüseynzadə İran-İraq müharibəsi zamanı SEPAH sıralarına üzv olub və  31-ci Aşura diviziyasında da iştirak edib.
 
1999-cu ilə qədər Təbrizdə SEPAH qərargahında yük maşını sürücüsü işləyib və oradan təqaüdə yollanıb. O,  1999-2006-cı illərdə Mərənddəki Yaldur məscidi ilə bağlı  "Bəsic” qüvvələrinin komandanı olub və  "Bəsic” bazası ilə əlaqəsini davam etdirir.
 
Hətta onun Təbrizdə "Bəsic” və SEPAH qüvvələri ilə birlikdə son aylar Bükan və Marağada baş verən anti-hökumət etirazlarının dağıdılmasında iştirak etdiyi barədə məlumatlar var.

Bir günahsız insanın qətli, iki nəfərin yaralanmasını həyata keçirən bu terrorçunun edamının gecikməsini  onun SEPAH üzvü olması ilə əlaqələndirənlər də var.
 
Rəsmi Bakı bu ilin yanvarında  səfirliyin öz fəaliyyətini  iki şərt daxilində bərpa edəcəyini bildirib. Bura cinayətkarın layiqli cəzasını alması və İranın səfirlik əməkdaşlarının təhlükəsizliyinə tam zəmanət verməsi olub. 
 
Gülnar 


www.anews.az
Chosen
40
anews.az

1Sources