EN

“Qarabağ” və “Malmö”nün açıq məşqlərinin vaxtları müəyyənləşdi

style='margin-bottom:10px;'>

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Malmö” (İsveç) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

QOL.az xəbər verir ki, bu haqda “Qarabağ” klubu məlumat yayıb.

Ağdam klubunjn baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı oktyabrın 2-də saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Saat 17:30-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) “Azersun Arena”da okacaq.

Qonaq komandanın baş məşqçisi Henrik Ridströmün Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 18:30-da start götürəcək. İsveç təmsilçisinin eyni arenada keçiriləcək ilk 15 dəqiqəsi açıq olacaq məşqi 19:00-da başlayacaq.
 
Qeyd edək ki, oktyabrın 3-də keçiriləcək “Qarabağ” – “Malmö” görüşü saat 20:45-də başlayacaq.

Chosen
15
7
teleqraf.com

10Sources