EN

Siqeru İsiba Yaponiyanın Baş naziri seçilib

Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDP) sədri Siqeru İsiba ölkənin 102-ci baş naziri seçilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, parlamentdə keçirilən səsvermədə deputatların əksəriyyəti ona səs verib.

Əsas aşağı palatada səsvermənin nəticələrinə görə, S.İsiba 465 səsdən 291 səs, Konstitusiya Demokratik Partiyasının lideri Yoşihiko Noda isə 100 səs toplayıb.

Hazırda İsibanın namizədliyi üçün səsvermə parlamentin yuxarı palatasında da keçirilir, burada hakim LDP və “Komeyto” partiyası koalisiyası çoxluğa malikdir, lakin aşağı palatanın qərarı üstünlük təşkil edir.

Qeyd edək ki, sentyabrın 27-də Siqeru İsiba səs çoxluğu ilə hakim Liberal Demokrat Partiyasının sədri seçilib.

Chosen
9
10
operativmm.az

10Sources