EN

Tanınmış keçmiş futbolçunu küçədə güllələyənlərdən 5-i həbs olundu - VİDEO

Türkiyə millisinin və “Fənərbaxça”nın sabiq hücumçusu Serhat Akına silahlı hücum təşkil edən şəxslərdən 5-i həbs olunub, 1 şübhəli məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “NTV spor” məlumat yayıb.

Həbs olunan şəxslər “qəsdən adam öldürməyə cəhd” maddəsi ilə ittiham edilirlər.

Məhkəmə nəzarəti ilə sərbəst buraxılan şəxs isə 250 min TL qarşılığında hücumda iştirak etdiyini bildirib.

Serhat Akın ekspert kimi çıxış etdiyi proqramdan qayıdarkən silahlı hücuma məruz qalıb. O, ayağından yaralanıb.

Chosen
6
sportinfo.az

1Sources