EN

Elmir Səftərov: Azərbaycan əldə etdiyi qələbələrini beynəlxalq hüquqa əsaslandırır- ÖZƏL

"Dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29 yaxınlaşdıqca erməni maraqlarını müdafiə etməyi özünün öhdəliyi hesab edən dövlətlərin, təşkilatların, fondların və müxtəlif qurumların anti-Azərbaycan davranışlarının, həmçinin ölkəmizə qarşı təzyiqlərinin daha çox şahidi olmaqdayıq və bu da təəccüb doğurmamalıdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib:

"Tədbir ərəfəsində öz niyyətlərinə nail ola biləcəklərini düşünən həmin dairələr müxtəlif əsassız bəhanələrlə, qarayaxma kampaniyaları ilə fəal şəkildə fəaliyyət həyata keçirirlər. Müəyyən şəxslər də qondarma alim, iş adamı və xeyriyyəçi kimi adlara Ruben Vardanyanın və digər cinayətkarların azad olunması üçün çıxışlar edirlər. Terrorçuluğu maliyyələşdirən, Azərbaycan ərazilərində qanunsuz  fəaliyyət göstərən Ruben Vardanyanı müdafiə edən qüvvələr bilərəkdən reallıqları sabotaj edirlər. Xüsusilə Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırlaşarkən insan haqları mövzusunu gündəmə gətirən mərkəzlər hərəkətə keçiblər. "Freedom House", "Human Rights Watch" və bu kimi erməni yönümlü təşkilatlar məsələyə öz nizamnamələri çərçivəsində deyil, maraqları kontekstində yanaşırlar. Onlar 30 il ərzində Azərbaycanın torpaqlarının işğal altında qalmasına, mülki insanların öz evlərindən didərgin salınmasına, qəddarlıqla, işgəncələrlə öldürülməsinə sussalar da, 2020-ci ildə əldə edilən qələbədən sonra ədalətin bərqərar olmasını qəbullana bilmirlər. Başda Fransanın, ABŞ-ın, Kanadanın, Niderlandın, İsveçin, Şotlandiyanın rəsmi şəxslərinin, həmçinin qərbin müxtəlif təşkilatlarının qərəz və böhtan dolu bəyanatlarının şahidiyik. Onlar beynəlxalq ictimaiyyət qarşısında Azərbaycanı məsuliyyətə cəlb etmək üçün bu fəaliyyətləri həyata keçirirlər. 
Geniş imkanlara malik erməni lobbi qrupları da COP29-da Azərbaycanı qaralamaq və guya ölkəmizdə insan hüquqlarının, söz azadlığın olmaması, Ermənistana qarşı təcavüz planının mövcudluğu bəhanələri ilə kampaniyalar aparmaq üçün müəyyən şəxsləri ələ alıb, dövlətimizə qarşı istifadə edirlər. Azərbaycan həm Vətən müharibəsində, həm də sonrakı illərdə əldə etdiyi qələbələrini beynəlxalq hüquqa əsaslandırdığı üçün istər ermənilər, istərsə də anti-Azərbaycan qüvvələri bu istiqamətdə istəklərinə nail olmayacaqlar".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
31
olaylar.az

1Sources